Azərbaycan "Bank of New York Mellon"la maliyyə bazarında süni intellektin tətbiqinin genişləndirilməsini müzakirə edib
- 02 sentyabr, 2025
- 16:50

"Bank of New York Mellon"la Azərbaycanda maliyyə bazarında süni intellektin tətbiqinin genişləndirilməsi müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan "Bank of New York Mellon"un baş icraçı vitse-prezidenti Hani Kablavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Azərbaycanda maliyyə bazalarının və ödəniş sistemlərinin inkişaf perspektivləri, kapital bazarlarının cari meyilləri, süni intellektin tətbiqinin genişləndirilməsi, həmçinin kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində prioritet sahələr və bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.