Sabahın hava proqnozu açıqlanıb
Ekologiya
- 06 avqust, 2022
- 08:14
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin "Report"a verilən məlumata əsasən, sabah axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 21-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.
Son xəbərlər
02:59
Belçika - Seneqal oyununun ən yaxşısı Yuri Tilemans seçilib
Futbol02:59
Fransada meşə yanğınlarının sahəsi 700 hektara çatıb
Digər ölkələr02:50
DÇ-2026: Seneqala əlavə vaxtda vurduğu qolla qalib gələn Belçika 1/8 finala yüksəlib - YENİLƏNİB-9
Futbol02:27
İran Əli Xameneinin qisasını almaq üçün Qüdsə hücum edə bilər
Region02:04
Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb
Xarici siyasət01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22
"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır
Digər ölkələr00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35