Sədr müavini: Əsas məqsəd ölkədə dini radikalizmə qarşı birgə mübarizənin aparılmasıdır

Din
  • 21 oktyabr, 2025
  • 11:54
Sədr müavini: Əsas məqsəd ölkədə dini radikalizmə qarşı birgə mübarizənin aparılmasıdır

Əsas məqsəd ölkədə dini radikalizmə, zərərli dini meyillərə, təriqət və qruplara qarşı birgə mübarizənin aparılmasıdır.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Dini İşlər üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Gəncədə keçirilən inklüziv cəmiyyət quruculuğunda din xadimlərinin roluna həsr olunan regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, belə tədbirlərin dini baxımdan zərərli meyillərə qarşı mübarizə aparmaq üçün əhəmiyyətli olduğunu vurğulayıb:

"Komitə tərəfindən ötən illərdən başlayaraq müxtəlif mövzularda regional konfranslar keçirilib. Bu gün Gəncə şəhərində keçirilən konfrans isə inklüziv cəmiyyət quruculuğunda din xadimlərinin roluna həsr olunub.

Konfransın keçirilməsində məqsəd əsas ölkədə dini radikalizmə, zərərli dini meyillər, təriqət və qruplara qarşı birgə mübarizənin aparılmasıdır. Həmçinin dini icmalara, din xadimlərinə müvafiq tövsiyələr vermək və eyni zamanda, xurafat və digər zərərli meyillərlə mübarizəni gücləndirməkdir.

Bu konfransda Gəncə şəhər və ətraf rayonlardan olan din xadimləri ilə yanaşı, təhsil müəssisələrinin, hüquq-müdafizə orqanlarının əməkdaşlarının da iştirakı müsbət məqamdır.

Dini maarifçilik çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin də potensialından istifadə edilir. İlin sonuna qədər digər regionlarda da analoji maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub".

Son xəbərlər

Bütün Xəbər Lenti