TSP rəhbəri: Avropa iqtisadiyyatının yeni ticarət tərəfdaşlarına ehtiyacı var və Azərbaycan məntiqi seçimdir

Biznes
  • 21 oktyabr, 2025
  • 20:27
TSP rəhbəri: Avropa iqtisadiyyatının yeni ticarət tərəfdaşlarına ehtiyacı var və Azərbaycan məntiqi seçimdir

Avropa iqtisadiyyatı çətinliklər yaşayır, ona görə də bütün dünya üzrə yeni tərəfdaşlar axtarmaq və ticarət əlaqələrini genişləndirmək lazımdır.

"Report" xəbər verir ki, bunu Latviya Ticarət və Sənaye Palatasının (LTSP) yeni təyin olunmuş sədri Katrina Zarina "Mərkəzi Baltik - Azərbaycan" biznes forumu zamanı deyib.

K.Zarinanın sözlərinə görə, müasir şəraitdə tərəfdaş axtarışları oxşar biznes mədəniyyətlərinə və biznes prinsiplərini başa düşməyə malik olan ölkələrə yönəlməlidir.

"Adət-ənənələrə, biznesə yanaşmalarına və sistemin necə işlədiyini anlamalarına görə bizə yaxın olan ölkələrdə yeni tərəfdaşlar axtarmalıyıq. Bu baxımdan Azərbaycanla əməkdaşlıq tamamilə məntiqli görünür. Bundan başqa, Şimal ölkələri, Avropa və Asiya arasında ticarət yollarına təsir edən geosiyasi dəyişiklikləri və Azərbaycanın bu prosesdə aparıcı rolunu nəzərə almaq vacibdir", - TSP sədri qeyd edib.

K.Zarina xüsusilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi kontekstində Latviyanın nəqliyyat infrastrukturunun və logistikasının inkişafına prioritet kimi baxdığını vurğulayıb.

"Bəli, layihənin eniş-yoxuşları olub, lakin biz başa düşdük ki, bəzən sadəcə dərindən nəfəs almaq, səbirli olmaq və tərəfdaşlarla dialoqu bərpa etmək lazımdır. Bu, nəticə verir – hər şeyi drama çevirməyin mənası yoxdur, başqa cür biznes sadəcə nəticə verməyəcək. Biz müxtəlif ölkələrdən olan komandalarla sıx işləməyi, müxtəlif biznes mədəniyyətlərini başa düşməyi öyrəndik, uğurlu əməkdaşlıq qurmaq üçün həm fərqli, həm də bizi birləşdirən ortaq cəhətlərimizdən istifadə etdik", - TSP rəshbəri vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti