Ermənistan Prokurorluğu Acapaxyana daha sərt cəza verilməsini tələb edir

Digər
  • 21 oktyabr, 2025
  • 20:28
Ermənistan Prokurorluğu Acapaxyana daha sərt cəza verilməsini tələb edir

Ermənistan Prokurorluğu Erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyana qarşı hökmdən apellyasiya şikayəti verib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb.

Onların sözlərinə görə, Prokurorluq Apellyasiya Məhkəməsindən Acapaxyanın birinci instansiya məhkəməsinin hökmü ilə çıxardığı 2 il əvəzinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Xatırladaq ki, Acapaxyan oktyabrın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti