Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində iştirak edən hərbi qulluqçularla görüşüb

Hərbi
  • 21 oktyabr, 2025
  • 19:43
Zakir Həsənov Birlik - 2025 birgə regional təlimində iştirak edən hərbi qulluqçularla görüşüb

Özbəkistanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində azərbaycanlı hərbi qulluqçularla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Keçirilən təlimin ölkələr arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin orduların yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.

Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində iştirak edən hərbi qulluqçularla görüşüb

Son xəbərlər

Bütün Xəbər Lenti