Xalq rəssamı Nazim Bəykişiyevin dəfn olunacağı yer məlum olub

İncəsənət
  • 09 sentyabr, 2025
  • 09:28
Xalq rəssamı Nazim Bəykişiyevin dəfn olunacağı yer məlum olub
Nazim Bəykişiyev

Azərbaycanın Xalq rəssamı Nazim Bəykişiyev Keşlədə dəfn olunacaq.

Bu barədə "Report"a mərhum rəssamın ailəsindən məlumat verilib.

Rəssam Keşlədəki ailə qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Xalq rəssamı Nazim Bəykişiyev dünən vəfat edib. O, bir müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi. 

Qeyd edək ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, eləcə də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı vəzifələrində çalışıb.