Ursula fon der Lyayen: Aİ Ukraynada dron istehsalına 6 milyard avro ayıracaq

Digər
  • 10 sentyabr, 2025
  • 12:59
Ursula fon der Lyayen: Aİ Ukraynada dron istehsalına 6 milyard avro ayıracaq

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalının təşkili üçün 6 milyard avro ayıracağını elan edib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bunu bu gün Strasburqda Avropa Parlamentinə illik müraciətində bildirib.

"Mən elan edə bilərəm ki, Avropa ERA kreditindən 6 milyard avro ayıracaq və Ukrayna ilə pilotsuz uçuş aparatları alyansına qoşulacaq", - AK prezidenti deyib.

O əlavə edib ki, Aİ hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir.

"Hazırda biz tərəfdaşlarla birgə 19-cu paket üzərində işləyirik. Biz Rusiyanın qazıntı yanacaqlarından imtinanın sürətləndirilməsinə, "kölgə" donanmasına və üçüncü ölkələrə (Rusiyaya sanksiyalardan yayınmağa kömək edən - red.) xüsusi diqqət yetiririk", - Ursula fon der Lyayen vurğulayıb.