III MDB Oyunları: Türkiyə millisi ikinci görüşdə də məğlub olub - YENiLƏNİB
- 02 oktyabr, 2025
- 13:15

III MDB Oyunları çərçivəsində daha bir çövkən matçı keçirilib.
"Report"un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, Türkiyə millisi Qazaxıstana məğlub olub.
Şəki şəhər stadionunda keçirilən görüş Qazaxıstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Qazaxıstan komandası yarımfinala vəsiqə qazanıb. Daha əvvəl Azərbaycan, Özbəkistan və Qırğızıstan milliləri də yarımfinalda iştirak hüququ qazanıb.
Qeyd edək ki çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.
III MDB Oyunları çərçivəsində daha bir çövkən matçı keçirilib.
"Report"un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə A qrupunda Qırğızıstan millisi Küveytlə qarşılaşıb.
Şəki şəhər stadionunda keçirilən görüş Qırğızıstan millisi 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, çövkən yarışları oktyabrın 7-də yekunlaşacaq.