Prezidentin köməkçisi: Azərbaycan Aİ ilə enerji əməkdaşlığını dərinləşdirməyə hazırdır

Digər
  • 01 dekabr, 2025
  • 12:15
Prezidentin köməkçisi: Azərbaycan Aİ ilə enerji əməkdaşlığını dərinləşdirməyə hazırdır
Hikmət Hacıyev

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib.

"H.Hacıyev bəyan edib ki, Azərbaycan enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə hazırdır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəkləyir", - "EU Today" qeyd edib.

Qeyd olunur ki, 2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur, 2022-ci il sazişi isə 2027-ci ilə qədər həcmin ən azı 16 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.

H.Hacıyev bildirib ki, Trans-Adriatik Boru Kəmərinin və əlaqədar infrastrukturun daha da genişləndirilməsi Avropa tərəfindən "səmimi maraq" və uzunmüddətli müqavilə öhdəliklərinin olması halında mümkün olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti