"Ernst & Young": Dünya artıq iqlim dəyişikliyinin təsirləri ilə üzləşir
- 29 sentyabr, 2025
- 13:01

Dünya artıq iqlim dəyişikliyinin təsirləri ilə üzləşir.
"Report" xəbər verir ki, "Ernst & Young" beynəlxalq audit şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Dayanıqlılıq Xidmətləri üzrə nümayəndəsi Viktor Kovalenko "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə (BCAW2025) deyib.
Onun sözlərinə görə, torpaqlar səhralaşır, temperatur artır: "Bu onu göstərir ki, iqlim dəyişikliyi artıq mövcuddur və diqqət mərkəzində olmalıdır".
O bildirilib ki, iqtisadiyyatın "yaşıl" və karbonsuz hala gətirilməsi, təkcə hökumətin işi deyil, hər şirkət bunu öz əməliyyatları çərçivəsində edə bilər: "Bu sahədə hökumətlər aydın hədəflər qoymalıdır. Biznes aydın çərçivə və məqsəd gördükdə, riskləri dəyərləndirib, düzgün risk idarəçiliyi ilə hərəkət edə bilər. Yəni əsas məsələ real təsir, real risk və pul məsələsidir".