Çexiyanın Moskva səfirliyinin binası vandalların hücumuna məruz qalıb
- 29 sentyabr, 2025
- 15:09

Naməlum şəxslər Çexiyanın Moskvadakı səfirliyinin fasadına senzuradan kənar yazılar yazıblar, Praqa etiraz notası hazırlayır və kompensasiya tələb edir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çexiya XİN-in sözçüsü Daniel Drake məlumat verib.
Bundan əlavə, onlar yaşıl boya ilə Çexiyaya qarşı təhqiredici məzmunlu yazı yazıblar.
Çexiya XİN başçısı Yan Lipavski bildirib ki, səfir Daniel Koştoval Rusiya XİN-ə etiraz notasını şəxsən təqdim edəcək.
Praqa Moskvadan təqsirkarların saxlanılması və dəymiş ziyanın ödənilməsi barədə məlumat tələb etmək niyyətindədir.
"Biz saxlanılan şəxslər haqqında məlumat və əmlaka dəymiş ziyana görə kompensasiya tələb edəcəyik. Hər bir dövlət diplomatların müdafiəsini və diplomatik missiyaların təhlükəsizliyini təmin etməlidir. Bu hücum qəbuledilməzdir", - Y. Lipavski bildirib.