Azərbaycanda 9 ayda dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumunun qarşısı alınıb

Digər
  • 07 oktyabr, 2025
  • 10:54
Azərbaycanda 9 ayda dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumunun qarşısı alınıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumunun qarşısı alınıb.

"Report" bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, analiz nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış, xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısını alıb.

Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti