Gürcüstan valyuta ehtiyatlarının məbləğini açıqlayıb

Maliyyə
  • 07 oktyabr, 2025
  • 12:54
Gürcüstan valyuta ehtiyatlarının məbləğini açıqlayıb

Bu il oktyabrın 1-nə Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 5,4 milyard ABŞ dollarını keçib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı (GMB) məlumat yayıb.

Məlumata görə, təkcə sentyabrda ehtiyatlar 224 milyon ABŞ dolları artıb.

GMB bəyan edib ki, bu ilin əvvəlindən əlverişli bazar şəraiti sayəsində bir neçə ay ardıcıl xalis valyuta alışı həyata keçirib. Belə ki, martda – 101,7 milyon dollar, apreldə – 266,4 milyon dollar, mayda – 245,4 milyon dollar, iyunda – 266 milyon dollar, iyulda – 416,9 milyon dollar, avqustda isə 199 milyon dollar valyuta bazarından alınıb. "Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatıdır. 2025-ci ildə qızılın payı ümumi ehtiyatlarda 16,2 % və yaxud 877,8 milyon ABŞ dolları təşkil edib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti