Namiq Orucov: "Bu qələbə beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır"

Komanda
  • 07 oktyabr, 2025
  • 12:46
Namiq Orucov: Bu qələbə beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır
Namiq Orucov

Azərbaycan millisinin qələbəsi beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır.

"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, Azərbaycanın çövkən yığmasının baş məşqçisi Namiq Orucov bunu jurnalistlərə açıqlamasında deyib.

O yığmanın nəticəsini dəyərləndirib:

"İlk dəfədir MDB Oyunlarına qatılmışıq. Yarış yüksək səviyyədə keçirildi. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Bu nailiyyət Azərbaycan atçılığı üçün çox yüksək nəticədir. Beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır. Çox şadıq ki, 50-yə yaxın ölkə Beynəlxalq Çövkən Federasiyasına üzv olub. Növbəti illərdə komandaların sayı arta bilər".

Qeyd edək ki Azərbaycanın çövkən millisi III MDB Oyunlarının final matçında Özbəkistanı 3:0 hesabı ilə üstələyərək qızıl medallara sahib çıxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti