Altı ölkə gələn il humanizmlə bağlı sammitin keçirilməsinə çağırış edib

Digər
  • 22 sentyabr, 2025
  • 12:09
Altı ölkə gələn il humanizmlə bağlı sammitin keçirilməsinə çağırış edib

Qazaxıstan, Braziliya, İordaniya, Çin, Fransa və CAR liderləri 2026-cı ildə müharibə zamanı humanizmin qorunmasına həsr olunmuş yüksək səviyyəli görüşün təşkil ediləcəyini elan ediblər.

"Report"un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, altı ölkə bu bəyanatı BMT Baş Assambleyasının 80-ci sessiyasının keçirildiyi Nyu-Yorkda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birgə verib.

"Dövlət başçıları dünyanın hər yerində münaqişələrdə beynəlxalq humanitar hüququn pozulmasından narahatlıqlarını bildiriblər. Onlar bütün dövlətləri və silahlı münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa, xüsusilə mülki şəxslərin, mülki obyektlərin, həmçinin tibbi və humanitar yardım işçilərinin müdafiəsinə dair normalara riayət etməyə çağırıblar", - qurumun məlumatında deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti