Prado Troyxo: "Mikro-geosiyasi hadisələr Azərbaycan üçün çox maraqlı proseslərə səbəb olur"
- 22 sentyabr, 2025
- 13:47

Geosiyasət Qafqaz regionu və xüsusilə də Azərbaycan üçün çox maraqlı proseslərə səbəb olur.
"Report" xəbər verir ki, bunu braziliyalı siyasi iqtisadçı və Yeni İnkişaf Bankının sabiq prezidenti Markos Prado Troyxo (Marcos Troyjo) I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib.
"Dünyada mikro-geosiyasi hadisələrin baş verdiyini anlamağın vaxtı çatıb. "Mikro" sözünə isə aldanmaq lazım deyil. Onların böyük təsiri var. Makro-geosiyasi hadisələr də var. Əlbəttə, bu gün ən vacib mikro-geosiyasi amil ABŞ-də Tramp administrasiyasıdır. Mikro-geosiyasi hadisələr adətən qısa zaman kəsiyini - dörd-beş ili əhatə edir. Lakin söhbət makro-geosiyasi hadisələrdən getdikdə, onlar artıq fəaliyyətdədir və 20-25 il davam edəcək.
Lakin fakt bundan ibarətdir ki, növbəti 25 il ərzində dünyanın doqquz dövləti əhalinin sayında o qədər güclü artım nümayiş etdirəcək ki, 25-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçiriləcəyi 2050-ci ilə qədər dünya əhalisinin sayı indiki 8 milyarddan 10 milyarda qədər artacaq", - o qeyd edib.