Yəməndə fövqəladə vəziyyət elan edilib
Digər ölkələr
- 15 sentyabr, 2021
- 19:51

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.
"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zubeydi bildirib ki, bütün əyalətlərdə silahlı qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bundan əvvəl yerli telekanallar Yəmənin cənubundakı Aden və digər şəhərlərdə ağır iqtisadi vəziyyətə etiraz edənlərlə təhlükəsizlik qüvvələrinin toqquşması nəticəsində 3 nəfərin öldüyü bildirib.
Cənubdakı nümayişlər zamanı qarşıdurmalar Marib əyalətində husilərin irəliləməsi fonunda baş verir.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.
Son xəbərlər
15:41
Azərbaycan XİN Sudana başsağlığı verib
Xarici siyasət15:38
Gürcüstan və Türkiyə gənclər siyasəti üzrə əməkdaşlıq memorandumu imzalayıb
Region15:35
Muxtar Babayev: "Azərbaycan və Türkiyə COP29-un nəticələrini enerji keçidinə töhfəyə çevirir"
Energetika15:33
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2,2 min nəfəri keçib
Digər ölkələr15:32
Adil Şükürov: "Kəpəz"in ilk üç turda uduzması ilk növbədə məni narahat edir"
Digər15:31
Dəməşq Universitetində Azərbaycanla əməkdaşlıq müzakirə olunub
Xarici siyasət15:26
Foto
Türkiyənin külək enerjisi şirkətləri Azərbaycana dəvət olunub
Energetika15:26
Azərbaycan "Tağıyev: Neft" filmini "Oskar" mükafatına namizəd kimi təqdim edib
Mədəniyyət siyasəti15:22
Foto