Azərbaycan XİN Sudana başsağlığı verib
- 04 sentyabr, 2025
- 15:41

Azərbaycan Xarici İşlər Nazirliyi Sudanda baş vermiş torpaq sürüşməsi ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Hadisə nəticəsində insanların faciəvi şəkildə həlak olması bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bu çətin günündə qardaş Sudan xalqının kədərini bölüşürük. Yaralananlara tezliklə şəfa diləyir, Sudan xalqının bu faciənin nəticələrinin öhdəsindən güclə və dözümlə gələcəyinə ümid edirik",-deyə qeyd olunub.
Xatırladaq ki, avqustun 31-də bir neçə gün davam edən leysan yağışlarından sonra Sudanın qərbində torbaq sürüşməsi qeydə alınıb. Baş verən sürüşmə nəticəsində 1000-dən çox insan həlak olub.
We express our profound sorrow over the tragic loss of lives caused by the landslide in #Sudan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 4, 2025
We extend our heartfelt condolences to the families of the victims and share the grief of the brotherly people of Sudan in this difficult time.
We wish a speedy recovery to the…