Xristodulidis: Kipr Aİ-yə sədrliyi dövründə Kiyevin təşkilata inteqrasiyasını dəstəkləyəcək
- 04 dekabr, 2025
- 21:35
Rəsmi Nikosiya 2026-cı ilin birinci yarısında Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edəcəyi müddətdə Ukraynanın təşkilata inteqrasiyasını dəstəkləyəcək.
"Report" "In-Cyprus"a istinadən xəbər verir ki, bunu ada dövlətinin Prezidenti Nikos Xristodulidis Kiyevə işgüzar səfəri zamanı deyib.
O, Ukrayna lideri Volodimir Zelenski ilə görüşünün yekununda bildirib ki, Kipr qarşıdan gələn sədrliyi dövründə Aİ-nin genişlənmə prosesini asanlaşdıracaq, kollektiv təhlükəsizliyi və Avropa cəmiyyətinin demokratik dayanıqlığını gücləndirəcək.
"Biz bu ölkənin Avropa İttifaqı gündəliyindəki perspektivlərini qorumaq və gücləndirmək üçün lazım olan hər şeyi edəcəyik", - Xristodulidis qeyd edib.
Kipr Prezidenti həmçinin Aİ üçün genişlənmənin sadəcə siyasi seçim deyil, geosiyasi zərurət olduğuna əminliyini ifadə edib.