Xəzər Boru Kəməri Konsorsiumu Novorossiyskə PUA hücumundan sonra yük əməliyyatlarını dayandırıb

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 15:12
Xəzər Boru Kəməri Konsorsiumu Novorossiyskə PUA hücumundan sonra yük əməliyyatlarını dayandırıb

Xəzər Boru Kəməri Konsorsiumu gecə saatlarında Ukrayna PUA-larının Novorossiyskə hücumu nəticəsində dəniz terminalının inzibati binasının zədələnməsindən sonra yük əməliyyatlarını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.

"Gecə Novorossiyskə PUA hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun şəhər yaxınlığındakı dəniz terminalının inzibati binası zədələnib. Konsorsiumun əsas idarəetmə mərkəzi Cənubi Ozereyevkada yerləşir və buradan Tengiz - Novorossiysk boru kəməri sisteminin bütün fəaliyyətinə nəzarət həyata keçirilir", - məlumatda deyilir.

Qeyd olunur ki, şəhərdə həyəcan siqnalı elan edildikdən dərhal sonra heyət sığınacaqlara təxliyə edildiyi üçün xəsarət alan olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti