"Kəpəz" BOKT 2 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 25 noyabr, 2025
- 17:11
"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "Troni Învestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.
Son xəbərlər
06:21
DÇ-2026: Kolumbiya - Qana oyununda ilk hissə bitib - YENİLƏNİR-2
Futbol06:01
ABŞ-də ticarət mərkəzində atışma olub, ölənlər var
Digər ölkələr05:58
Bubista: "Dünya çempionatında öz oyun üslubumuzu və kimliyimizi ortaya qoyduq"
Futbol05:53
Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Kabo Verde çox güclü komanda olduğunu sübut etdi"
Futbol05:37
Venesuela zəlzələ nəticəsində ölənlərin sayı 2 600 nəfəri ötüb
Digər ölkələr05:28
Lionel Messi Argentina - Kabo Verde matçının ən yaxşı oyunçusu olub
Futbol05:04
Foto
Avropa çempionu olmuş cüdoçu Zəhra Quliyeva: Ən çətin görüşüm finalda oldu
Fərdi04:54
Messi dünya çempionatlarında üç tarixi rekorda imza atıb
Futbol04:44