Xüsusi nümayəndə: Əminəm ki, Kəlbəcər tezliklə mədəniyyət və turizm mərkəzinə çevriləcək

Daxili siyasət
  • 25 noyabr, 2025
  • 17:10
Xüsusi nümayəndə: Əminəm ki, Kəlbəcər tezliklə mədəniyyət və turizm mərkəzinə çevriləcək

Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev tarixi abidələri, zəngin flora və faunası ilə canlı muzey sayılan Kəlbəcərin tezliklə mədəniyyət və turizm mərkəzinə çevriləcəyinə əmin olduğunu bildirib.

"Report"un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, o, Kəlbəcər Şəhəri Günü münasibətilə keçirilən mərasimdə bugünkü möhtəşəm tədbirin rayonun yeni mərhələyə qədəm qoyduğunu göstərdiyini söyləyib.

Xüsusi nümayəndə Kəlbəcərdəki bərpa-quruculuq prosesindən də danışıb:

"Kəlbəcərdə mədəniyyət, turizm, təhsil və ictimai həyatın dirçəlişini izləmək qürurvericidir. Bugünkü tədbir həmçinin Kəlbəcərimizin inkişaf dolu sabahına inamı göstərir".

Son xəbərlər

Bütün Xəbər Lenti