Ukrayna və Aİ atəşkəs planının təfərrüatlarını müzakirə edəcək

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 20:01
Ukrayna və Aİ atəşkəs planının təfərrüatlarını müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Ukrayna və Avropa rəsmilərinin atəşkəs planının təfərrüatlarını müzakirə etmək üçün görüşəcəklərini açıqlayıb.

"Report" "Əl-Ərəbiyyə" kanalına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

"Bu, müharibəyə (Rusiya-Ukrayna – red.) son qoymaq planı deyil. Əvvəlcə atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır... Məsləhətçilərimiz yaxın günlərdə görüşəcəklər; cümə və ya şənbə günü ilə bağlı razılığa gəldik. Onlar bu planın təfərrüatlarını müzakirə edəcəklər", - V.Zelenski deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti