ABŞ-nin vitse-prezidenti: Şatdauna baxmayaraq hərbi qulluqçulara maaş veriləcək
Digər ölkələr
- 29 oktyabr, 2025
- 03:21
ABŞ administrasiyası federal hökumətin maliyyələşdirilməsinin dayanmasına baxmayaraq, oktyabrın 31-də bəzi hərbi qulluqçulara maaş ödəyə biləcək.
"Report"un "Politico"ya istinadən məlumatına görə, ABŞ-nin vitse-prezidenti Jey Di Vens bu açıqlamanı Vaşinqtonda respublikaçı senatorlarla nahar etdikdən sonra verib.
"Hesab edirik ki, cümə günü hərbi qulluqçulara maaş ödəməyə davam edə biləcəyik. Təəssüf ki, demokratlar bizi çox çətin vəziyyətə saldıqları üçün hamıya maaş verə bilməyəcəyik", - o qeyd edib.
Nəşr xatırladıb ki, Pentaqon oktyabrın əvvəlində tədqiqat və inkişaf üçün ayrılmış vəsaitlərdən istifadə edərək xidmətdə olan hərbi qulluqçulara maaş ödəyib. Vens su dəfə ödənişlər üçün planlaşdırılan maliyyələşdirmə mənbələrini açıqlamayıb.
Son xəbərlər
05:13
ABŞ şirkətləri Rusiyada bizneslərini bərpa etməkdə maraqlıdır
Digər ölkələr04:45
ABŞ ordusu Hörmüzdə altı gəminin kursunu dəyişməyə məcbur edib
Digər ölkələr04:14
Venesueladakı zəlzələdə ölənlərin sayı 5 208 nəfərə çatıb
Digər ölkələr03:42
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb, Təbriz də hücuma məruz qalıb
Region03:36
Argentina millisinin baş məşqçisi: "Meydana çıxıb əlimizdən gələni etdik"
Futbol03:16
Luis de la Fuente: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi"
Futbol02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19