Xetaq Qazyumov Azərbaycan güləşçilərinin U23 dünya çempionatında çıxışını qiymətləndirib

Fərdi
  • 29 oktyabr, 2025
  • 03:41
Xetaq Qazyumov Azərbaycan güləşçilərinin U23 dünya çempionatında çıxışını qiymətləndirib

Azərbaycanın sərbəst güləş yığmasının baş məşqçisi Xetaq Qazyumov Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında idmançıların nəticələrini qiymətləndirib.

"Report"un məlumatına görə, X.Qazyumov Kənan Heybətovun (70 kq) qızıl medal qazanmasından məmnun olduğunu bildirib.

O, qeyd edib ki, bu, komanda üçün çoxdan gözlənilən nailiyyətdir. Baş məşqçi həmçinin Xetaq Karsanovun (125 kq) yeni çəki dərəcəsində gümüş medal qazandığını vurğulayaraq, bunun əhəmiyyətli nailiyyət olduğunu qeyd edib.

O, əlavə edib ki, artıq üç gün sonra komanda İslam Həmrəylik Oyunlarına hazırlıqlara başlayacaq. "Çempionat zamanı qazandığımız təcrübəni nəzərə alacaq, səhvləri düzəldəcək və idmançılarımızı daha səmərəli etmək üçün məşqlərimizə yeni elementlər əlavə edəcəyik", - baş məşqçi fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti