ABŞ hakimiyyəti qanunsuz immiqrasiya ilə mübariz üçün kadr islahatları aparacaq

Digər ölkələr
  • 29 oktyabr, 2025
  • 02:07
ABŞ hakimiyyəti qanunsuz immiqrasiya ilə mübariz üçün kadr islahatları aparacaq

ABŞ hakimiyyəti Ağ Evin qanunsuz immiqrantların saxlanılması və deportasiyasına tələb etdiyi yanaşmanı təmin etmək üçün ölkənin İmmiqrasiya və Gömrük Polisinin (ICE) regional bömələrinin bir neçə rəhbərini dəyişdirmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Axios" xəbər verib.

Məsələ ilə tanış olan üç mənbə "Axios"a bildirib ki, bu, ICE-nin yüksək vəzifəli rəsmilərinin üzləşəcəyi üçüncü böyük kadr dəyişiklikləridir. ABŞ rəhbərliyi administrasiyanın tutulma və deportasiya ilə bağlı məqsədlərinə çatmaq üçün ICE-yə təzyiqi əhəmiyyətli dərəcədə artırıb.

Portalın məlumatına görə, Ağ Ev miqrasiya siyasətinin qətiyyətlə həyata keçirilməsini təmin etmək üçün ICE-nin regional bölmələrinin rəhbərlərinin yarısına qədərini dəyişdirir. Bölmələrə Sərhəd Patrul Xidməti də daxil olmaqla, Daxili Təhlükəsizlik Nazirliyinin digər agentlik və idarələrindən olan şəxslər rəhbərlik edəcək. Patrul əvvəllər ICE-yə Los-Anceles və Çikaqodakı əməliyyatlarda kömək edib.

ABŞ mediasının məlumatına görə, ICE-nin Portlend, Denver, San-Dieqo, Feniks, Los-Anceles və Filadelfiyadakı yüksək vəzifəli zabitləri bir gün əvvəl başqa vəzifələrə keçiriliblər. Çərşənbə axşamı yeni kadr dəyişiklikləri gözlənilir. ABŞ-də 25 regional idarə var və onlardan 10-da yeni təyinatlar gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti