Ukrayna lideri: Sülh nizamlanmasına dair variantlar ABŞ-nin iştirakı ilə müzakirə edilməlidir

Digər ölkələr
  • 03 noyabr, 2025
  • 21:45
Ukrayna lideri: Sülh nizamlanmasına dair variantlar ABŞ-nin iştirakı ilə müzakirə edilməlidir

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması ilə bağlı razılaşdırılmış 12 maddəlik sülh planının mövcudluğu barədə yayılan məlumatları təkzib edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, o, bu barədə noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.

"Ukrayna Prezidenti kimi mən bu planı görmüşəm? Xeyr. Məncə, bu, bütün suallara cavabdır. Müxtəlif Avropa düşüncələri və sülh nizamlanmasına dair təkliflər var. Amma razılaşdırılmış variant hələ ki yoxdur", - Zelenski vurğulayıb.

O, Rusiyanın guya bu plan çərçivəsində danışıqlarda iştirak etməli olması iddialarını da təkzib edib və jurnalistlərin bu barədə sualına təəccübünü ifadə edib:

"Rusiyanın danışıqlar masasında olması barədə eşitmək qəribədir. Çünki hazırda heç bir Avropa lideri və ya ABŞ Prezidenti Rusiyanı danışıqlar masasına oturmağa məcbur edə bilmir. Sülh nizamlanmasına dair gələcək hər hansı işləmələr ABŞ-nin iştirakı ilə müzakirə edilməlidir. Çünki onların siyasi və hərbi dəstəyi olmadan diplomatik mərhələyə keçmək mümkün deyil. Bizim mövqeyimiz belədir: indi müşavirlər arasında məsləhətləşmələr var, bir neçə müxtəlif söhbətlər var, hələlik masada hazır olan heç bir aydın plan yoxdur", - Zelenski əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti