KİV: Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanı şahzadəsini qəbul edəcək
Digər ölkələr
- 04 noyabr, 2025
- 02:11
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Vaşinqton administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.
Nəşrdə qeyd edildiyi kimi, vəliəhd ABŞ-a Vaşinqtonun Ər-Riyadın İbrahim razılaşmalarına qoşulması üçün təzyiq göstərdiyi bir vaxtda səfər edəcək.
Ağ Ev hələlik səfərlə bağlı rəsmi açıqlama verməyib. Agentlik də daha ətraflı məlumat yaymayıb.
Amerika administrasiyası dəfələrlə vurğulayıb ki, o, Səudiyyə Ərəbistanının, ilk növbədə, İbrahim razılaşmalarına qoşulmasını təmin etməyə çalışır.
Son xəbərlər
09:37
Hanrahan Vaşinqtonda Gürcüstan XİN-in nümayəndəsi ilə görüşəcək
Digər ölkələr09:36
"Kəpəz"in 24 yaşlı oyunçusu bıçaqlanıb, şübhəli şəxs axtarılır
Hadisə09:28
Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları həbs olunub
Hadisə09:27
Çində körpünün uçması nəticəsində ölənlərin sayı beşə çatıb – YENİLƏNİB
Digər ölkələr09:25
Buzovnanın bəzi küçələrində işıq olmayacaq
Energetika09:24
"Çelsi"nin futbolçusu Londonun başqa klubuna keçib
Futbol09:10
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək
Din09:04
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilir
Komanda09:00