Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Digər ölkələr
- 01 iyul, 2026
- 12:03
Ukrayna işğal olunmuş Krımdakı "Saki" hərbi aerodromuna zərbə endirib.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında bildirlib.
Zərbə nəticəsində Rusiya qırıcılarının olduğu anqarlar vurulub.
"Əməliyyatın hədəfi aerodrom infrastrukturu, xüsusən də qırıcıların olduğu anqarlar olub. Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus pilotsuz uçuş aparatlarının aviasiya texnikasının saxlanıldığı anqarlara beş dəfə zərbə endirdiyi təsdiqlənib", - məlumatda bildirilib.
İlkin məlumatlara görə, zərbə anında anqarlardan ikisində "Su-30" və "Su-30SM" qırıcıları olub. Hücumdan sonra "Su-30SM" olduğu anqarda yanğın baş verib.
Son xəbərlər
02:05
DÇ-2026: Belçika - Seneqal matçında əlavə hissə başlayıb - YENİLƏNİR-7
Futbol02:04
Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb
Xarici siyasət01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22
"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır
Digər ölkələr00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Futbol00:26
İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
Region00:20
Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Futbol00:12