Uattara dördüncü müddətə Kot-d'İvuar Prezidenti vəzifəsinin icrasına başlayıb

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 23:39
Uattara dördüncü müddətə Kot-d'İvuar Prezidenti vəzifəsinin icrasına başlayıb

Alassane Uattara bazar ertəsi günü Kot-d"İvuarda prezident andını içərək dördüncü müddətə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

"Report"un məlumatına görə, Abidjandakı prezident sarayında keçirilən təntənəli inauqurasiya mərasiminin birbaşa yayımını "7 Info" xəbər portalı təqdim edib.

"Suveren Kot-d"İvuar xalqı qarşısında konstitusiyaya hörmətlə yanaşacağıma və onu vicdanla müdafiə edəcəyimə, milli birliyi təcəssüm etdirəcəyimə və vəzifə borclarımı vicdanla, xalqın maraqları naminə icra edəcəyimə təntənəli şəkildə and içirəm", – deyə o bildirib.

Uattara qeyd edib ki, qarşıdakı beş il ərzində ölkənin hakimiyyət strukturlarında nəsil dəyişikliyi baş verəcək. O həmçinin ölkədə innovativ iqtisadiyyat yaratmaq üçün bütün səylərini göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, Kot-d"İvuarda prezident seçkiləri 25 oktyabrda, beş namizədin iştirakı ilə keçirilib. 83 yaşlı Uattara birinci turda seçicilərin 89,77%-nin dəstəyi ilə qalib gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti