Tunisdə sərnişin avtobusları toqquşub, 50-yə yaxın insan xəsarət alıb
Digər ölkələr
- 22 noyabr, 2020
- 22:28
Tunisin paytaxtında iki sərnişin avtobusunun toqquşması nəticəsində təxminən 47 insan xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə “Mosaique Fm” radiostansiyası bildirib.
Qeyd edilir ki, hadisəyə turizm şirkətlərindən birinə məxsus avtobusun sürət həddini aşması səbəb olub. Nəticədə nəqliyyat vasitəsi “Tunisair” milli aviaşirkətinin əməkdaşlarını daşıyan digər avtobusla toqquşub. Hadisə zamanı xəsarət alan bütün sərnişinlər və hər iki sürücü xəstəxanaya yerləşdirilib. Sürücülərdən biri ağır vəziyyətdədir.
Ölkənin nəqliyyat və loqistika işləri üzrə naziri Moez Şakşuk hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün dəqiq araşdırma aparmaq barədə göstəriş verib.
Son xəbərlər
14:46
İspaniya ilə oyundan əvvəl Türkiyə millisinin heyətində dəyişiklik olub
Futbol14:41
Bakı Olimpiya Stadionunda WUF13 üçün 90 min kvadrat metr müvəqqəti infrastruktur inşa ediləcək
Xarici siyasət14:39
Asiya-Sakit Okean hövzəsində sular isinir - ŞƏRH
Analitika14:38
Foto
Kürdəmirdə 8 400 abonent susuz qalıb
İnfrastruktur14:35
Ombudsman jurnalist yazı və uşaq rəsm müsabiqələri elan edib
Daxili siyasət14:34
"AzerGold": Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işləri aparılır
Sənaye14:34
Azərbaycan II Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
Futbol14:30
WUF13 özəl sektoru cəlb edəcək və Azərbaycanın nailiyyətlərini təqdim edəcək
Xarici siyasət14:30