Tramp Si Cinpinlə nüvə silahı barədə sazişə nail olmaq niyyətini bəyan edib

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 02:27
Tramp Si Cinpinlə nüvə silahı barədə sazişə nail olmaq niyyətini bəyan edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə gələcək görüşü zamanı bütün ikitərəfli məsələlər, o cümlədən nüvə silahlarının arsenalının azaldılması üzrə razılaşma əldə etməyi düşünür.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə Ağ Evdə NATO Baş katibi Mark Rütte ilə görüşündən sonra jurnalistlərə açıqlama verib.

"Düşünürəm ki, biz hər şey haqqında razılığa gələcəyik. Hesab edirəm ki, biz soya və fermerlər barədə razılaşacağıq. Düşünürəm ki, biz hətta nüvə mövzusu üzrə də razılaşacağıq", - deyə o qeyd edib.

"Bizdə ən çox nüvə silahı var. Rusiya ikinci yerdədir. Çin, əslində, böyük fərqlə üçüncü yeri tutur, lakin dörd və ya beş ildən sonra bizimlə bərabər səviyyəyə çatacaq. Biz deeskalasiya haqqında danışırıq, bu barədə artıq söhbət gedir. Hesab edirəm ki, biz, ehtimal ki, Çini də bu məsələyə cəlb edəcəyik", - deyə Tramp yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti