Bessent ABŞ və Çin liderləri arasındakı görüşün müsbət keçəcəyinə ümid edir
- 23 oktyabr, 2025
- 02:05

ABŞ maliyyə naziri Skott Bessent Çin Baş nazirinin müavini He Lifenq ilə qarşıdan gələn danışıqların Donald Tramp və Si Cinpin arasında daha pozitiv görüş üçün zəmin yaradacaq.
"Report"un məlumatına görə, S. Bessent bunu "Fox Business" telekanalına müsahibəsində deyib.
"ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir artıq Kuala-Lumpura yola düşüb. Şənbə və bazar günləri Malayziyada çinli həmkarımız – Çin Baş nazirinin müavini He Lifenqlə görüşəcəyik. Biz Pekinlə nadir torpaq metallarına dair ixrac nəzarəti tədbirlərində fasilə və ya yumşalma razılaşdırılmasa, ABŞ və müttəfiqlərinin reaksiyasının necə olacağını müzakirə edəcəyik. Ümid edirəm ki, bu məsələləri həll edə biləcəyik ki, ABŞ və Çin liderləri daha konstruktiv ruhda danışıqlar apara bilsinlər", - deyə o qeyd edib.
ABŞ maliyyə naziri həmçinin qeyd edib ki, Tramp və Si Cinpin "tez-tez əlaqə saxlayırlar" və "Trampın ikinci prezidentlik müddətində ilk şəxsi görüşlərini problemləri həll etməyə deyil, ABŞ və Çin arasında daha konstruktiv dialoq qurmağa sərf etməmək" təəssüf doğurardı.
O, iki gün ərzində intensiv danışıqlar keçirməyə ümid etdiyini bildirərək əlavə edib ki, bu onun Çin nümayəndələri ilə artıq beşinci görüşü olacaq.
"Danışıqlar artıq Cenevrə, London, Stokholm, Madrid şəhərlərində keçirilib, indi isə Kuala-Lumpura yollanırıq", - deyə Bessent qeyd edib.