Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı razılığa gəlməyin vaxtı çatıb

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 02:46
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı razılığa gəlməyin vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı razılaşmaların əldə olunmasının vaxtının çatdığını bəyan edib.

"Report"un məlumatına görə, bu fikri ABŞ lideri NATO Baş katibi Mark Rütte ilə görüşdən sonra Ağ Evdə jurnalistlərə açıqlamasında səsləndirib.

"Mən deyərdim ki, artıq razılaşma əldə etməyin vaxtıdır", - deyə Tramp vurğulayıb.

Rusiya tərəfinin münaqişənin həllinə hazır olub-olmadığı ilə bağlı sualı cavablandıran Tramp bildirib: "Dürüstlük baxımından deyə biləcəyim yeganə şey budur ki, hər dəfə Rusiya Prezidenti Vladimir (Putin - red.) ilə danışanda söhbətlər yaxşı olur, amma sonra heç bir nəticə vermir. Sadəcə olaraq heç bir nəticə olmur".

Münaqişə tərəflərindən danışarkən Tramp vurğulayıb: "Bunlar iki çox səriştəli tərəfdir".

Son xəbərlər

Bütün Xəbər Lenti