Tramp Rusiya və Ukraynaya yenidən indiki cəbhə xəttində dayanmağı təklif edib

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 05:39
Tramp Rusiya və Ukraynaya yenidən indiki cəbhə xəttində dayanmağı təklif edib

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynaya cəbhənin indiki xəttində dayanmaq və "sonra nəsə barədə razılaşmaq" təklifini yenidən təkrarlayıb.

"Report"un xəbərinə görə, bu barədə Ağ Evin jurnalistlərindən ibarət qrup məlumat yayıb.

"Tramp Putinlə Donbası müzakirə etmədiklərini bildirib və hər iki tərəfin "cəbhə xəttində dayanması" istəyini təkrarlayıb. "Rusiyanın artıq ərazinin 78%-ni işğal edib. Onlar sonra nəsə barədə razılaşa bilərlər", - məlumatda qeyd edilib, lakin hansı ərazidən söhbət getdiyi dəqiqləşdirilməyib.

Daha əvvəl "Axios" portalı mənbələrə istinadən məlumat yaymışdı ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli üzrə təklifi cəbhənin indiki xəttində dayanbmaqdan ibarətdir.

Tramp münaqişənin dondurulmasına "Truth Social"dakı paylaşımında da işarə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti