Tramp İranın Qəzzada nizamlanma prosesində iştirak etmək istədiyini açıqlayıb
Digər ölkələr
- 07 oktyabr, 2025
- 02:17

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Qəzza bölgəsindəki vəziyyətin nizamlanmasında iştirakına dair siqnal verib.
"Report"un məlumatına görə, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Trampın sözlərinə görə, onun Qəzzada nizamlanma planını artıq bir çox Yaxın Şərq ölkələri dəstəkləyib. "Hamı istəyir ki, biz buna son qoyaq, belə bir şey heç vaxt olmamışdı", – deyə ABŞ rəhbəri vurğulayıb və əlavə edib ki, adətən "80% heç bir tədbirin görülməsini istəmir".
"Biz İrandan siqnal aldıq, çox aydın bir siqnal. Onlar istəyirlər ki, bu başa çatsın", – deyə Tramp qeyd edib.
Son xəbərlər
06:50
ABŞ-də şatdaun səbəbindən məzuniyyətə çıxanların maaşı kəsilə bilər
Digər ölkələr06:13
Vanuatu sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr05:46
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Maliyyə05:06
İtaliyanın Baş naziri Beynəlxalq Cinayət Məhkəməsinə verilib
Digər ölkələr04:37
ABŞ-nin hüquq və texnologiya firmalarına haker hücumu olub
Digər ölkələr04:15
"Bavariya" Keynlə müqaviləni uzatmaq istəyir
Futbol03:55
İsrailin daimi nümayəndəsi: Diplomatiyaya şans verəcəyik, lakin istənilən tədbiri görəcəyik
Digər ölkələr03:23
İspaniyada bina çöküb, ölən və itkin düşənlər var
Digər ölkələr02:41