İspaniyada binanın çökməsi nəticəsində itkin düşənlərin hamısı ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 08 oktyabr, 2025
  • 07:27
İspaniyada binanın çökməsi nəticəsində itkin düşənlərin hamısı ölüb - YENİLƏNİB

İspaniyanın paytaxtı Madridin mərkəzində binanın çökməsi nəticəsində 4 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə EFE-yə təcili yardım xidmətlərindən bildirilib.

Məlumata görə, xilasedicilər çərşənbə günü səhər tezdən dağıntılar altından itkin düşən son iki işçinin meyitini çıxarıblar. Bundan əvvəl Madrid meri Xose Luis Martines Almeyda iki meyitin tapıldığını təsdiqləyib.

Ölənlərdən üçü kişi və biri qadındır.

Bina təmirdən sonra dördulduzlu otelə çevrilməli idi; iş hələ bu ilin fevralında təsdiqlənib.

"Altıncı mərtəbənin döşəməsi çökdü və bu, bütün aşağı mərtəbələrin çökməsinə səbəb oldu", - mer izah edib. O, əlavə edib ki, çökmənin dəqiq səbəbləri hələ məlum deyil və hadisənin hansı şəraitdə baş verməsi araşdırma zamanı müəyyənləşəcək.

İspaniyanın paytaxtı Madridin mərkəzində təmir işləri gedən binanın uçması nəticəsində azı iki nəfər ölüb, daha iki nəfər itkin düşüb.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə Madrid meri Xose Luis Martines Almeyda bildirib.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından bir kişi və daha bir nəfərin meyitini çıxarıblar, onun şəxsiyyəti müəyyənləşdirilir. Daha əvvəl üç kişi və bir qadının itkin düşdüyü bildirilib.

Mer əlavə edib ki, hadisə nəticəsində 3 işçi xəsarət alıb. Axtarışa kömək etmək üçün xidməti itlər və dronlar cəlb olunub.

"İtkin düşənləri tapana qədər işimizi davam etdirəcəyik", - Martines Almeyda deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti