Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizlənib
Digər ölkələr
- 16 oktyabr, 2016
- 09:08
Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsini terrorçu İŞİD silahlılarından geri alıb.
"Report" Haberturk-ə istinadən xəbər verir ki, Hələb əyatləinin Soran bələdiyyəsi də İŞİD terrorçularından təmizlənib.
Qeyd edək ki, əməliyyat oktyabrın 15-də başlayıb. İŞİD-in müqəddəs olaraq qəbul etdiyi bu yaşayış məntəqəsində terrorçu qruplaşmanın 1200 silahlısı olduğu bildirilib.
Xatırladaq ki, Dabık Suriyanın şimal-qərbində Hələb əyalətinin Azez rayonunun qəsəbəsidir. Qəsəbəni Mercidabık da adlandırırlar. 5 min nəfərlik əhalisinin çoxu türkməndir. İŞİD 2014-cü ilin avqustunda Süleyman bin-Əbdülməlik türbəsini məhv etdikdən sonra qəsəbəni ələ keçirib.
Son xəbərlər
02:05
DÇ-2026: Belçika - Seneqal matçında əlavə hissə başlayıb - YENİLƏNİR-7
Futbol02:04
Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb
Xarici siyasət01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22
"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır
Digər ölkələr00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Futbol00:26
İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
Region00:20
Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Futbol00:12