Suriyada 3 türkmana vəzifə verilib
- 01 iyul, 2026
- 20:55
Suriya Prezidenti Əhməd Əl Şaraa Xalq Məclisində 3 türkmana vəzifə verib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı səfiri "X" sosial şəbəkə hesabında yazıb.
"Suriya Prezidenti Əhməd Əl Şaranın bu gün etdiyi təyinatlarda Xalq Məclisinə 3 türkmən qardaşımız da seçilib", - N. Yılmaz bildirib.
Onun sözlərinə görə, Əbdürrəhman Mustafa (Suriya Türkman Məclisinin Sədri) Hələb, İmad Barak Homs, Xəlil Dərdə Abdullah isə Rəqqa şəhəri üzrə təyinat alıb:
"Türkman qardaşlarımızı da xüsusən təbrik edir, güclü Suriya üçün xeyirli xidmətlər diləyirəm".
Suriye Cumhurbaşkanı Sayın Ahmed Şara’nın bugün yaptığı atamalarda Halk Meclisinde 3 Türkmen kardeşimiz de seçildi:
— Nuh Yılmaz (@nuhyilmaz) July 1, 2026
Abdurrahman Mustafa (Suriye Türkmen Meclisi Başkanı) -Halep,
İmad Barak -Humus,
Halil Derde Abdullah -Rakka.
Türkmen kardeşlerimizi de hassaten tebrik ediyor,…