Rusiya gecə yüzdən çox PUA və üç raketlə Ukraynaya hücum edib

Digər ölkələr
  • 04 oktyabr, 2025
  • 10:53
Rusiya gecə yüzdən çox PUA və üç raketlə Ukraynaya hücum edib

Rusiya oktyabrın 4-nə keçən gecə yüzdən çox pilotsuz uçuş aparatı (PUA) və "İskəndər-M" raketləri ilə Ukraynaya hücum edib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumata yayıb.

"Oktyabrın 3-ü saat 18:00-dan başlayaraq Rusiya Federasiyasının Bryansk, Orlovsk, Kursk, Rostov və Voronej vilayətlərindən "Şahed", "Gerbera" və digər tipli 109 hücum PUA-sı, həmçinin üç "İskəndər-M/KN-23" ballistik raketi buraxılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, yerli vaxtla səhər saat 09:00-a olan məlumata görə, 3 raket və 36 hücum PUA-sının 21 nöqtəni vurub. Daha 4 yerdə isə vurulmiş PUA-ların qalıqları yerə düşüb.

"Hücum hələ də davam edir – hava məkanında bir neçə düşmən PUA-sı var", - məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti