"Real"ın sabiq futbolçusu Messinin çıxış etdiyi komandaya keçəcək

Futbol
  • 04 oktyabr, 2025
  • 13:18
Realın sabiq futbolçusu Messinin çıxış etdiyi komandaya keçəcək

İspaniyanın "Real" klubunun sabiq futbolçusu Serxio Regilon argentinalı ulduz futbolçu Lionel Messi ilə komanda yoldaşı olacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı ispan müdafiəçi yaxın vaxtlarda "İnter Mayami"yə keçəcək.

Hazırda tərəflər arasında danışıqların son mərhələsidir və oyunçu müqavilə imzalamağa yaxındır.

Qeyd edək ki, Regilon iyulda İngiltərə təmsilçisi "Tottenhem"dən ayrıldan sonra klubsuzdur. O, karyerasında İspaniyanın "Real, "Sevilya", "Atletiko" və İngiltərənin "Mançester Yunayted" kimi komandalarının formasını geyinib.

Son xəbərlər

Bütün Xəbər Lenti