Pakistanda üç polis əməkdaşı ölüb

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 16:06
Pakistanda üç polis əməkdaşı ölüb

Pakistanın şimal-qərbində polis maşınının yaxınlığında bomba partlayıb, üç polis əməkdaşı həlak olub.

"Report" "Dawn"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Partlayış Əfqanıstan sərhədi yaxınlığında Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan rayonunda baş verib.

"Partlayış əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib", - rayon polis idarəsinin nümayəndəsi Yakub Zülkarnayn bildirib.

O həmçinin qeyd edib ki, polis təqsirkarları axtarır, iş hərtərəfli araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti