"MI5" millət vəkillərinə casusluqdan qorunmaq barədə tövsiyələr hazırlayacaq
Digər ölkələr
- 21 sentyabr, 2025
- 08:52
Böyük Britaniyanın əks-kəşfiyyat agentliyi "MI5" parlamentarilər üçün xarici müdaxiləyə qarşı məsləhətlər yer alan bələdçi kitabı nəşr etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb.
Milli Mühafizə və Təhlükəsizlik Agentliyi (MI5-in bölməsi) tərəfindən hazırlanan sənəd yüksək riskli hesab edilən şəxslər üçün nəzərdə tutulub. Nəşrdə parlamentarilər üçün düşmən dövlətlərin təhdidləri barədə xəbərdarlıq və ehtiyat tədbirləri yer alacaq.
Eyni zamanda kitabda köməkçilərin işə götürülməsi, sosial media davranışı və beynəlxalq səyahətlə bağlı tövsiyələr daxildir.
Bələdçi ümumi xarakter daşısa da, qəzetin mənbələri qeyd edib ki, London Çin və Rusiyanı əsas təhlükə mənbəyi hesab edir.
Son xəbərlər
01:04
KİV: Rusiya və ABŞ həftəsonu Mayamidə Ukrayna ilə bağlı danışıqlar aparacaqlar
Digər ölkələr00:45
Qərbi Azərbaycan Xronikası: 1828-ci ildən sonra Qərbi Azərbaycanda hansı proseslər başladı?
Daxili siyasət00:21
İsrailin Baş naziri Misirlə 35 milyard dollarlıq müqaviləni təsdiqləyib
Digər ölkələr00:00
ABŞ Konqresi milyarder Ayzekmanın NASA rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib
Digər ölkələr23:57
BMT-nin baş katibi Venesuela Prezidenti ilə telefonla danışıb
Digər ölkələr23:52
PSJ Qitələrarası Kubokun sahibi olub
Futbol23:42
ABŞ Avropaya Rusiya aktivlərindən sülh planı çərçivəsində istifadə etmək niyyətini açıqlayıb
Digər ölkələr23:27
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun oyunu yarıda dayandırılıb
Komanda23:18