Mette Fridreksen: Avropanın Rusiyanın təhdidləri ilə üzləşməsi tarixdə ilk hal deyil

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 14:09
Mette Fridreksen: Avropanın Rusiyanın təhdidləri ilə üzləşməsi tarixdə ilk hal deyil

Bu gün Avropanın qarşısında çox ciddi vəzifə durur - öz təhlükəsizliyini təmin etmək.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Danimarkanın Baş naziri Mette Fridreksen "Avropa Siyasi Birliyi"nin 7-ci sammitinin plenar sessiyasında bildirib.

"Müharibə heç vaxt təkcə Ukrayna ilə bağlı olmayıb. Bu, Avropa, bütün xalqlarımız, vətəndaşlarımız, dəyərlərimiz və azadlığımızla bağlıdır", - MFridreksen qeyd edib.

Onun sözlərinə görə, Rusiya İmperiyasının genişlənməsi, soyuq müharibə zamanı bir neçə sərhədi keçən sovet tankları və yaxın tarixdə baş verənlər eyni hekayədən bəhs edir.

"Rusiya indi hərbi iqtisadiyyata çevrilir, bizi qorxutmaq, təhdid etmək və parçalamaq üçün hər fürsətdən istifadə edir. Təəssüf ki, Çinin dəstəyi, Şimali Koreya əsgərləri və İran dronları ilə. Rusiya ilə sülh yalnız güc vasitəsilə mümkündür", - Baş nazir əlavə edib.

O, həmçinin sərhədlərin qorunması məsələsinə toxunaraq miqrasiya ilə bağlı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti