Merts Avropanı ABŞ ilə münasibətləri "yalan nostaljisiz" qurmağa çağırıb
- 09 sentyabr, 2025
- 02:17

Almaniya kansleri Fridrix Merts hesab edir ki, vahid Avropa yalan nostaljidən qaçmalı və ABŞ ilə münasibətlər qurarkən öz maraqlarını aydın şəkildə müəyyən etməlidir.
"Report"un xəbərinə görə, o, bunu Almaniya səfirlərinin ölkənin Xarici İşlər Nazirliyində keçirilən konfransında deyib.
Merts qeyd edib ki, ABŞ də öz maraqlarını yenidən qiymətləndirir və bu, son bir neçə gündə baş vermir. "Biz Avropada da öz maraqlarımızı aydın şəkildə müəyyən etməliyik - saxta nostalji olmadan", - o vurğulayıb.
"ABŞ ən mühüm tərəfdaşımız olaraq qalacaq, biz əməkdaşlığa can atırıq, sıx koordinasiyaya və əməkdaşlığa hazırıq, lakin aydın olur ki, bu tərəfdaşlıq daha az qəbul olunur", - Merts bildirib.
"ABŞ-yə münasibətdə mövqeyimiz avropalılar kimi gücümüzdən asılı olacaq", - o vurğulayıb. Bununla əlaqədar o, Avropanı dünyada daha fəal şəkildə yeni tərəfdaşlar axtarmağa və mövcud tərəfdaşlıqları gücləndirməyə çağırıb.