Tusk: Polşada dəmir yolunda terror təhlükəsi səviyyəsi artırılacaq

Digər ölkələr
  • 18 noyabr, 2025
  • 19:49
Tusk: Polşada dəmir yolunda terror təhlükəsi səviyyəsi artırılacaq

Polşanın Baş naziri Donald Tusk ölkənin bir sıra bölgələrində dəmir yolu nəqliyyatı obyektlərində terror təhlükəsi səviyyəsini üçüncü mərhələyə qaldırmaq barədə göstəriş verib.

"Report" "TVP Info" telekanalına istinadən xəbər verir ki, o, bu barədə Seymdə (Polşa parlamentinin aşağı palatasında) çıxışında bildirib.

"Daxili Təhlükəsizlik Agentliyinin rəhbəri, daxili işlər və administrasiya naziri mənə terror təhlükəsi səviyyəsini üçüncü – "Charlie" mərhələsinə qaldırmaq barədə müraciət etdilər. Bu rejim müəyyən dəmir yolu xətlərində tətbiq olunacaq, ölkənin digər ərazilərində isə ikinci səviyyə qüvvədə olacaq", – deyə Tusk qeyd edib.

Xatırladaq ki, noyabrın 16-sı səhər saatlarında paytaxt Mazovets voyevodalığında qatar maşinisti Ukrayna sərhədindəki "Dorohusk" keçid məntəqəsinə aparan dəmir yolu xətlərində zədələnmə aşkar edib. Tusk relslərin partlayış nəticəsində zədələndiyini və hadisənin diversiya olduğunu bəyan edib. Öz növbəsində Polşa prokurorluğu hadisə ilə bağlı terror aktı üzrə cinayət işi açıb.

Polşa qanunvericiliyinə görə, terror hücumu və ya onun təhlükəsi halında hökumət başçısı dörd səviyyədən birini tətbiq edə bilər: "Alfa", "Bravo", "Charlie" və "Delta".

Son xəbərlər

Bütün Xəbər Lenti