Gürcüstan və ABŞ Dövlət Departamenti "Tramp Marşrutu"nun perspektivlərini müzakirə ediblər

Region
  • 18 noyabr, 2025
  • 19:26
Gürcüstan və ABŞ Dövlət Departamenti Tramp Marşrutunun perspektivlərini müzakirə ediblər

Gürcüstan hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ABŞ Dövlət Departamentinin baş məsləhətçisi Conatan Askonasla görüşüb.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

"Gürcüstan hökuməti münasibətlərin səviyyəsindən məmnun deyil və strateji tərəfdaşlığın təmiz səhifədən bərpasına hazır olduğunu təsdiqləyir," – deyə o qeyd edib.

Görüşdə Gürcüstanın "Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi – red.) ilə bağlı mövqeyi müzakirə olunub.

"Tərəflər TRIPP layihəsinin regionun inkişafına müsbət təsirini, xüsusilə ABŞ tərəfindən yükdaşımaların təhlükəsizliyinə zəmanət yaradılması baxımından əhəmiyyətini vurğulayıblar," – məlumatda qeyd olunur.

Həmçinin Gürcüstan hökumətinin tranzit və kommunikasiya əlaqələrinin gücləndirilməsi üçün atdığı addımlar müzakirə edilib. Jorjoliani ABŞ tərəfini Gürcüstan hökumətinin bu məqsədlə dəmir yolu, avtomobil və liman infrastrukturuna yatırdığı böyük investisiyalar barədə məlumatlandırıb.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının regionda sülhün təmin olunması istiqamətindəki səylərinin əhəmiyyəti vurğulanıb. Gürcüstanın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında oynadığı rol da müsbət qiymətləndirilib.

Məlumatda əlavə olunub ki, hökumət administrasiyasında keçirilən görüşdə xarici işlər nazirinin müavini Aleksandr Xvtisişvili və ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Alan Persell də iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti