Vnukovo hava limanında təhlükəsizlik səbəblərinə görə məhdudiyyətlər tətbiq olunub

Region
  • 18 noyabr, 2025
  • 19:53
Vnukovo hava limanında təhlükəsizlik səbəblərinə görə məhdudiyyətlər tətbiq olunub

Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbul və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

"Report"un məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artyom Korenyako öz teleqram kanalında bildirib.

"Vnukovo hava limanında təyyarələrin qəbul və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir", – məlumatda qeyd edilib.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinin paytaxta uçan pilotsuz aparatı vurduğunu bildirib. O qeyd edib ki, qalıqların düşdüyü yerdə mütəxəssislər işləyirlər.

Rosaviasiya son dəfə "Vnukovo" hava limanının fəaliyyətinə məhdudiyyətləri 30 oktyabrda tətbiq etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti