Kopenhagen polisi aeroport yaxınlığında PUA ilə bağlı insidenti araşdırmağa başlayıb

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 23:31
Kopenhagen polisi aeroport yaxınlığında PUA ilə bağlı insidenti araşdırmağa başlayıb

Danimarkanın hüquq-mühafizə orqanları bazar ertəsi Kopenhagen hava limanı yaxınlığında baş verən pilotsuz uçuş aparatı (PAU) insidentinə aid çoxlu videogörüntülər əldə edib. Üç naməlum PUA ilə bağlı xəbərlərlə əlaqədar araşdırma aparılır.

"Report"un məlumatına görə, bu barədə paytaxt Kopenhagen polisi məlumat yayıb.

"İstintaq şahidlərin dindirilməsi, fiziki və elektron sübutların toplanması, həmçinin videomüşahidə kameralarından əldə edilən görüntülərin və digər videogörüntülərin əldə olunması və təhlilini əhatə edir. Bazar ertəsi axşam baş verən hadisə ilə bağlı ictimaiyyətdən artıq çoxsaylı video çəkilişlər almışıq", - polisdən qeyd edilib.

Daha əvvəl Kopenhagen hava limanının PUA insidenti səbəbindən 30-dan çox reysi başqa hava limanlarına yönləndirdiyi bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti